bankımız hüquqi dəstəyə ehtiyacı olan korporativ müştərilərinə uğurlu başlanğıc, şəffaf və qanuni fəaliyyət üçün tərəfdaşı 24 saat və distant rejimdə hüquq xidmətləri göstərən “Avropa Hüquq Xidməti” şirkətinin xidmətlər paketindən TAM ÖDƏNİŞSİZ OLARAQ faydalanmağı təklif edir.
Məhdudiyyətsiz sayda:
- Biznes məsələləri ilə bağlı şifahi hüquqi məsləhətlər
- Şəxsi məsələlərlə bağlı şifahi hüquqi məsləhətlər
- Danışıqların hüquqşünasa etibar edilməsi
- Nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar
Digər xidmətlər ən azı 10% endirimlə həyata keçirilir.
Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.
Sözügedən xidməti əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “ATB Business” internet bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir.