Apple Pay-ə ilk əlavə edilən kart əsas kartdır. Əgər birdən çox kart əlavə etmisinizsə, istənilən zaman əsas kartı dəyişə bilərsiniz. Bu proses hər cihaz üçün ayrılıqda həyata keçirilir
- iPhone və ya iPad cihazlarında Settings > Wallet & Apple Pay-ə keçid edin, Transaction Defaults-a daxil olaraq əsas kartınızı təyin edin
- Apple Watch-da Wallet tətbiqində əsas kartı təyin etmək üçün istədiyiniz kartı siyahının əvvəlinə sürüşdürərək yerləşdirin
- Mac cihazlarında isə System Preferences > Wallet & Apple Pay keçid edin və əsas kartınızı seçin