21 aprel tarixində xidmətinizdəyik
20.04.2023
Hörmətli müştərilər!
Diqqətinizə çatdırırıq ki, bayram günü olan 21 aprel tarixində Bankımızın yalnız Bakı şəhərində yerləşən filialları müştərilərə xidmət göstərəcəkdir. Həmin gün iş rejimi saat 10:00-dan 14:00-a kimidir. Bu tarixdən sonra Bank Ramazan bayramı ilə əlaqədar işləməyəcəkdir. Aprelin 25-dən etibarən fəaliyyətimizi davam etdirəcəyik.
Xatırladırıq ki, bayram münasibətilə hədiyyə olaraq, Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə aprel ayının sonunadək ölkə daxilində edilən ödənişlərə görə müştərilərə 5% həcmində cashback hesablanacaqdır.
Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik!