Azər Türk Bankdan 7% cashback kampaniyası
15.05.2023
Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Google Pay və Apple Pay təmassız ödəniş sistemləri vasitəsilə ölkə daxilində ödənişlər üzrə yeni kampaniyaya başlayır.
Belə ki, 15 may tarixindən etibarən:
- əyləncə mərkəzlərində;
- oyuncaq mağazalarında;
- kitab mağazalarında;
- kinoteatrlarda;
- teatrlarda;
- iTicket.az kassalarında;
- restoranlarda;
- kulinariya müəssisələrində
ATB Card debit və yeni nəsil əməkhaqqı kartları ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 7% həcmində cashback hesablanacaqdır.
Kampaniyanın müddəti 4 iyun daxil olmaqla həmin tarixədəkdir.
Xatırladırıq ki, cashback ay ərzində toplanaraq hər növbəti ayın 5-də müştərinin hesabına real pul vəsaiti kimi qaytarılır.