Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank AFAD-a ianə etdi
Xəbərlər

Azər Türk Bank AFAD-a ianə etdi

14.02.2023

Dövlət bankı Azər Türk Bank qardaş Türkiyə Cümhuriyyətində baş vermiş çox ciddi dağıntı və itkilərə səbəb olan təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım məqsədilə 50 000 manat məbləğində ianə etmişdir. Vəsait Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hesabına köçürülmüşdür.

Azər Türk Bank müştərilərinin nəzərinə çatdırır ki, Bankda olan fiziki və hüquqi şəxslərin hesablarından Türkiyə banklarında fiziki şəxs və yardım qurumlarına aid hesablara pulköçürmə edilən zaman heç bir komissiya tutulmur.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.