Dövlət bankı Azər Türk Bank sahibkarlara kartlarla aparılan ödənişlərin qəbulu üçün müasir E-POS virtual ödəniş qəbulu terminalı təklifini davam etdirir.
E-POS xidməti kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edən bir vasitədir və ənənəvi E-commerce xidmətinin sadələşdirilmiş bir növüdür. Sosial şəbəkələr və digər kanallar üzərindən onlayn satış edən sahibkarların müştəri ödənişlərini bu xidmət vasitəsilə qəbul etməsi üçün internet sayt açmalarına ehtiyac yoxdur.
E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəniş edir.
Bundan əlavə sahibkar “ATB Business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edir, hesabatlar yaradır, həmçinin CASHBACK əldə edir. Bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur.
Xidmətdən istifadə etmək istəyən biznes nümayəndələri heç bir ödəniş etmədən, Bankın saytında onlayn qaydada hesab açıb “ATB Business” internet-bankçılıqda qeydiyyatdan keçməklə E-POS xidmətinə qoşulmaq üçün müraciət göndərə bilərlər. Xidmətə qoşulma ödənişsizdir.
Neçə vaxtdır ki, Bank yeni ATB POS tətbiqini də müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.
ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.
+012945
və ya WhatsApp-a yazın+994557770945
.+012945
və ya WhatsApp-a yazın+994557770945
. 15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə