Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank daha iki rəqəmsal filialını istifadəyə verdi
Xəbərlər

Azər Türk Bank daha iki rəqəmsal filialını istifadəyə verdi

24.10.2022

Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal 7”“Rəqəmsal 8” adlanan filiallarını müştərilərinin ixtiyarına verdi.

Müasir tipli bu yeni ofislər paytaxtın Yasamal rayonu ərazisində, “Caspian Business Center” ilə üzbəüz, C.Cabbarlı və M.Naxçıvani küçələrinin kəsişməsində və Xətai rayonunda, “Xətai” metro stansiyası ilə qarşı-qarşıya, Xocalı prospekti, 32 ünvanda yerləşir.

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filiallarda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Qeyd edək ki, Azər Türk Bank bu il ərzində dörd, ümumən son dövrdə səkkiz innovativ filialını müştərilərin ixtiyarına verib.

Bankın qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, ən müasir sistemləri, xidmət və məhsulları təqdim etməyə imkan verir.

Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.