Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank “İstehlak” krediti kampaniyasının şərtlərini müştərilərin istəklərinə uyğunlaşdırdı
Xəbərlər

Azər Türk Bank “İstehlak” krediti kampaniyasının şərtlərini müştərilərin istəklərinə uyğunlaşdırdı

18.02.2021

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank onların təkliflərini 11 yanvar – 31 mart 2021-ci il tarixləri arası davam edən “İstehlak” krediti  kampaniyasının şərtlərində nəzərə almışdır.

Belə ki, kampaniya zamanı 12 və ya 24 ay müddətinə “İstehlak” krediti əldə edən şəxslər heç bir komissiya ödəməyəcəklər.

Həmçinin, 13 – 24 ayadək olan kreditlər 18% və 25 – 36 ayadək olan kreditlərin illik faiz dərəcəsi 20% səviyyəsinə endirilmişdir.

Qeyd edək ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 16%-dən başlayır.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.