Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın atb Junior kartı özünün üstünlükləri ilə fərqlənir
Xəbərlər

Azər Türk Bankın atb Junior kartı özünün üstünlükləri ilə fərqlənir

08.09.2023

Uşaqlar üçün kart

Dövlət bankı Azər Türk Bank müştərilərinə üşaqları üçün atb Junior adlı debit kartını təklif etməkdədir.

Bankın bu məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

atb Junior kartının yeniyetmələrin maraq dairəsində olan məkanlarda ödənişlər qarşılığında  daha yüksək cashback verilməsi, həmçinin kartın balansını atb.az saytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0% komissiya ilə artırmaq kimi üstünlükləri vardır.

Eləcə də 200 manatadək vəsaitin E-manat, MilliÖn terminalları vasitəsilə karta komissiyasız mədaxili mümkündür. Bu kartla istənilən bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olur.

atb Junior kartının sahibi atb360 tətbiqini mobil telefonuna yükləməklə Google PayApple Pay təmassız ödəniş sistemlərinə qoşula bilir.

Qeyd edək ki, bu kartla mərc oyunları, lotereya və digər bu tipli platformalara girişlər Bank tərəfindən məhdudlaşdırılmışdır. Bundan başqa, uşağa aid olan kart valideynin hesabına bağlandığından onlayn aparılan əməliyyatların təsdiqi üçün təhlükəsizlik kodu valideynin mobil tətbiqinə göndərilir ki, bu da ona övladının xərclərinə nəzarət etməyə imkan verir.

Qeyd edək ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.