atb debit kartı və atb360 tətbiqi üzrə yeniliklər
01.11.2021
Azər Türk Banka aid atb debit kartı sahibi olmaq istəyən şəxslər ilk kartı 3 il müddətinə ödənişsiz, ikinci və digər kartları isə 15 AZN ödəməklə hər valyuta üzrə (AZN, USD, EUR) maksimum 1 ədəd kart sifariş edə bilərlər.
Həmçinin, hər bir müştəri yetkinlik yaşına çatmamış övladı üçün, onun doğum haqqında şəhadətnaməsini Banka təqdim etməklə, 15 manat ödəyərək öz hesabına bağlı əlavə kart sifariş verə bilər.
atb kart sahibləri ölkə ərazisində digər bankların ATM və POS-terminalları vasitəsilə ən az 20 manat həcmində nağdlaşdırma edə bilərlər.
atb360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə (göndərən tərəfin bank tarifi ilə) bir ay ərzində 20 mədaxil (top-up) əməliyyatı həyata keçirmək mümkündür.
Qeyd edək ki, xarici banklara məxsus kartlarla atb360 mobil tətbiqi və Kredit və kart ödənişləri səhifəsi vasitəsilə mədaxil mümkün deyildir.
atb kart üzrə tariflərlə tanış olmaq üçün linkə daxil olun.