Azər Türk Bank istehlak kreditləri kampaniyasını davam etdirir – komissiya 0%
01.03.2023
Dövlət bankı Azər Türk Bank martın 1-dən etibarən istehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.
Kampaniya zamanı, müddətindən asılı olmayaraq, götürülən istehlak kreditləri üzrə heç bir komissiya tutulmayacaqdır. Kreditlərin illik faiz dərəcəsi 12,5%-dən başlayır.
Həmçinin, 24, 36, 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, 13%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.
Bank tərəfindən, orta aylıq xalis gəliri nəzərə alınmaqla, hər kəsə 30 000 manatadək kredit təklif olunur. 15 000 min manatadək kreditlər təminatsız verilir.
Azər Türk Bankın internet səhifəsində krediti onlayn sifariş vermək mümkündür.
Kampaniya 31 mart daxil olmaqla həmin tarixədək qüvvədədir.