Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank yeni kredit kampaniyasına başlayır
Xəbərlər

Azər Türk Bank yeni kredit kampaniyasına başlayır

01.03.2022

Azər Türk Bank 01 mart 2022-ci il tarixindən etibarən istehlak kreditləri üzrə yeni kampaniyaya start verib.

Kampaniya ərzində rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır. Kreditlər 48 ay müddətinədək verilir.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Kampaniya 30 aprel 2022-ci il tarixinədək davam edəcəkdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.