Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kredit kampaniyasını davam etdirir
Xəbərlər

Azər Türk Bank kredit kampaniyasını davam etdirir

30.06.2022

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 30 iyul 2022-ci il tarixinədək uzatmaq barədə qərar vermişdir.

48 ay müddətinədək verilən bu kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.

Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manatdır.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

 

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.