Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kredit kampaniyasını davam etdirir
Xəbərlər

Azər Türk Bank kredit kampaniyasını davam etdirir

30.09.2022

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə kampaniyanın müddətini 31 oktyabr 2022-ci il tarixinədək uzatdı.

İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 48 ay müddətinədək verilir.

Müştərilər, özünün orta aylıq xalis gəlirindən asılı olaraq 30 000 manatadək kredit əldə edə bilərlər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manat səviyyəsində təyin edilib.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Qeyd edək ki, kreditlər üzrə ödənişləri banka gəlmədən, atb.az saytına daxil olmaqla,  online qaydada, atb360 mobil tətbiqi, Bankın terminalları, eləcə də MilliÖn və E-manat terminalları vasitəsilə heç bir komissiyasız yerinə yetirmək olar.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.