Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank bu xidmətləri ödənişsiz yerinə yetirəcəkdir
Xəbərlər

Azər Türk Bank bu xidmətləri ödənişsiz yerinə yetirəcəkdir

25.01.2021

Dövlət bankı Azər Türk Bank Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təklif etdiyi aşağı gəlirli əhali qrupu üçün nəzərdə tutulmuş “Baza bank xidmətləri paketi” layihəsinə qoşulmuşdur.

Qeyd edilən paket çərçivəsində aşağı gəlirli kateqoriyaya aid müştərilər tərəfindən Azər Türk Bankda cari hesabın açılması, ölkə daxilində hesablar arasında köçürmə əməliyyatları zamanı heç bir komissiya tutulmayacaqdır.

Bu müştərilər üçün ATB360 mobil bankçılıq, SMS və ya elektron ünvan üzrə məlumatlandırma sistemlərinə qoşulma və istifadə də pulsuz olacaqdır.

Həmçinin, müştərilər heç bir ödəniş etmədən AZN valyutalı debet kart sahibi olmaq və vəsaitin Azər Türk Bankın bankomatlarında komissiya tutulmadan nağdlaşdırılması imkanı əldə edəcəklər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.