Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın “Sahibkar kartı”
Xəbərlər

Azər Türk Bankın “Sahibkar kartı”

21.12.2022

Dövlət bankı Azər Türk Bank fərdi sahibkar olan müştərilərinə bank əməliyyatlarını xidmət şəbəkəsində və məsafəli şəkildə, asan və daha rahat yerinə yetirmək üçün “Sahibkar” kartını təqdim etməkdədir.

Özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan “Sahibkar” kartını əldə etmək istəyən şəxslərin, fərqli valyutalarda hesablar açmaq üçün Azər Türk Bankın internet səhifəsindən onlayn müraciət göndərmələri kifayətdir.

Müştəri Bankın müasir ATB360 Mobil əlavəsinə və ATB Business internet-bankçılıq xidmətinə ödənişsiz qoşulmaqla kartla onlayn əməliyyatlar aparır və onlara nəzarət edir. Bundan əlavə Bank tərəfindən hesabın idarə edilməsində müştəriyə yardımçı qismində fərdi menecer də təyin olunur.

Üç il müddətinədək verilən kart müştərinin istəyinə uyğun AZN, USD və EUR valyutasında ola bilər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.