Azər Türk Bankdan fərdi sahibkarlara töhfə
18.07.2023
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.
Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.
Bu günlərdə Bank biznesə daha geniş və əlverişli imkanların təqdim edilməsi məqsədilə, əhali arasında populyarlaşan nağdsız və təmassız ödənişlərin qəbulunu həyata keçirən yeni ATB POS tətbiqini öz müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.
Qeyd edək ki, ATB POS bütün vergi ödəyiciləri üçün nəzərdə tutulsa da, kiçik biznes nümayəndələrinə daha sərfəlidir.
ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.
Qeyd edək ki, bu tətbiqi Azər Türk Bank və rəqəmsal ödənişlər sahəsində dünya liderı olan Visa ilə birgə ərsəyə gətirmişlər.