Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank xidmət şəbəkəsini genişləndirir
Xəbərlər

Azər Türk Bank xidmət şəbəkəsini genişləndirir

19.02.2021

Dövlət bankı Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin genişləndirilməsi və müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.

Görülən tədbirlər sırasında növbəti addım iki yeni xidmət strukturunun – şəhərin mərkəz hissəsində və metronun 20 yanvar stansiyası yaxınlığında yeni, modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir.

Bankın  digər filialları – “Mərkəz” filialı Bakı şəhəri, Nizami küçəsi, 96 ünvanda, “Bakı” filialı isə Neftçilər prospekti, 67 ünvanda Azər Türk Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanda tezliklə fəaliyyətlərini davam etdirəcəklər. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.

Azər Türk Bankın ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən yaxşı yenilikçi sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.