Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan kart müştəriləri üçün yeni cashback saytı
Xəbərlər

Azər Türk Bankdan kart müştəriləri üçün yeni cashback saytı

28.06.2022

Dövlət bankı Azər Türk Bank özünün internet səhifəsində yeni cashback saytını müştərilərinin istifadəsinə vermişdir.

Belə ki, Banka aid kartların sahibləri bu sayt vasitəsilə Bankın partnyorları olan müxtəlif ticarət və xidmət müəssisələrinin nağdsız ödənişlər üzrə cashbak məbləğləri ilə tanış ola biləcəklər.

Həmçinin Bankla bu istiqamətdə əməkdaşlıq etmək istəyən şirkətlərin sayta daxil olmaqla onlayn müraciət göndərmələri kifayətdir.

Qeyd edək ki, atb kartları ilə ödənişlər zamanı 3%-dək, Bankla partnyor müəssisələrdən 30%-dək cashback əldə etmək mümkündür.

Bankdan verilən məlumata görə, təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-də karta mədaxil olunacaq.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.