Bizə qoşulun:
RU
Əsas səhifəXəbərləratb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı
Xəbərlər

atb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı

13.04.2022

Azər Türk Bank müştərilərinin istifadəsində olan müasir, güvənli atb360 mobil əlavəsinə Bank tərəfindən aşağıdakı funksiyalar artırılmışdır:

  • atb banka kredit ödənişləri
  • HÖP iştirakçısı kredit təşkilatlarına ödənişlər
  • Naxçıvan MR üzrə kommunal xidmətlər və mobil operatorlara ödənişlər
  • Hər bir kart üçün “Tariflər” bölməsi
  • İstifadəçi profilində CIF kodun göstərilməsi
  • Bloklanmış kartın balansına baxmaq imkanı

Eləcə də bankla əlaqə məlumatlarında telefonla zəng üçün artıq iki nömrə qeyd edilib: Azərbaycandan və xarici ölkələrdən zənglər üzrə.

Bundan əlavə tətbiqdə kiçik düzəlişlər aparılmış və qeydiyyat təkmilləşdirilmişdir.

Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.