Bizə qoşulun:
RU
Əsas səhifəXəbərləratb360 mobil əlavəsi yeniləndi
Xəbərlər

atb360 mobil əlavəsi yeniləndi

06.10.2021

Dövlət Bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində  işlərini davam etdirir.

Belə ki, müştərilərin istifadəsində olan yenilənmiş, müasir, güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır.

Artıq bankın müştərisi olmayan şəxslər tətbiqi yüklədikdən sonra atb kartı 3 il müddətinə ödənişsiz olaraq birbaşa tətbiqin daxilində sifariş edə bilərlər.

Bundan başqa müştərilər mobil əlavənin köməyi ilə tranzaksiya tarixçələrinin detallarını ( cashback, hesablardakı qalıqların faizləri və s.), eləcə də Bankın xidmət şəbəkəsi barədə bilgi əldə edəcəklər.

İstifadəçilər tətbiqdə tək mobil nömrə ilə deyil, artıq yeni üsulla – FIN-kod və kart məlumatlarını daxil edərək də qeydiyyatdan keçə biləcəklər.

Həmçinin Azər Türk Banka aid kartlar arasında köçürmələr zamanı şərh yazmaq imkanları var.

Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.