atb360 mobil əlavəsində yeniliklər
13.07.2023
Hörmətli müştərilər, ixtiyarınızda olan güvənli, istifadəsi rahat atb360 mobil tətbiqində Bank tərəfindən yeniliklər edilmişdir. Belə ki, tətbiqin “Ödənişlər” səhifəsindəki mövcud kateqoriyalara əlavə olaraq:
- rüsumlar, vergilər və digər dövlət ödənişləri;
- sığorta xidmətlərinin ödənişləri;
- dəstək kampaniyaları, ianələr;
- sınaq imtahanları, təhsil müəssisələri;
- bələdiyyə vergisi və digər ödənişləri etmək mümkündür.
Xatırladırıq ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək olur.