Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Xəbərlər

Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir

27.11.2020

Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluq proqramına Azərbaycan banklarının da dəstəyi barədə çağırışı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memorandumun icrası ilə əlaqədar fəal iş aparır.

Belə ki, Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində llk mərhələdə 16 fiziki şəxsə, onların biznes planlarına uyğun olaraq, lazımi aktivlərin təqdimatı başa çatdırılmışdır.

Hazırda ikinci mərhələyə start verilmiş, ehtiyacı olan, həssas qrupa aid 11 fiziki şəxs  müəyyən edilmişdir. Bu şəxslərin öz işlərini qurması üçün nəzərdə tutulan avadanlıqlarla təminatı Azər Türk Bank tərəfindən həyata keçirilməkdədir və qısa müddətdə başa çatdırılacaqdır. Qeyd edək ki, aktivlər sahibkarlara təmannasız olaraq verilir.

Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirməkdədir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.