Azər Türk Bank İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankı oldu
18.02.2021
Dövlət bankı Azər Türk Bank sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın və hesablanmış faizlərə subsidiyanın verilməsi üzrə müvəkkil təşkilatların siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmişdir.
Bununla əlaqədar, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Fondun İdarə Heyəti Azər Türk Bankın müvəkkil banklar siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul etmişdir.
Azər Türk Bank artıq müvəkkil kredit təşkilatı olaraq, sahibkarlar tərəfindən manatla alınan kreditlərə dövlət zəmanətinin və bu növ kreditlərə hesablanmış faizlərə görə subsidiyaların verilməsi prosesinə başlamışdır.
Qeyd edək ki, 12 aydan 36 ayadək rəsmiləşdirilən kreditin minimal məbləği 50 000 manatdır.