Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir
Xəbərlər

Azər Türk Bank kiçik və orta biznes üçün yeni kredit məhsulu təklif edir

27.02.2020

Maliyyə ehtiyaclarının ödənilməsində müştərilərə yardımçı olan dövlət bankı Azər Türk Bank kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.

Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş bu kreditin məbləği 100,000 manata qədərdir.  Üç il müddətinədək rəsmiləşdirilən kreditlərin illik faizi dərəcəsi 15%-dən başlayır. Qeyd edək ki, sahibkarlar 20 min manatadək olan krediti sadəcə fərdi zaminlik əsasında əldə edə bilərlər.

Kiçik və orta biznes krediti almaq istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər.

Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda əməkhaqqı kartları, biznes kartı, sahibkar kartını pulsuz əldə edə biləcək, ATB Business internet – bankçılıq sisteminə daxil olmaqla 100 manat məbləğində bonus qazanacaq, cash- back loyallıq proqramından faydalanacaqlar.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.