Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank istehlak kreditləri və kartlar üzrə yeni kampaniyaya start verir.
17 avqust – 30 sentyabr tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 3 aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 16%-dən başlayır.
Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Bank həmçinin 17-31 avqust tarixləri arası debet kartlarını dəyərinin 50 faizi həcmində endirimlə təklif edəcəkdir.
Eləcə də, bu tarixlərdə kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.
Tələbələr bu kampaniya ərzində MC Debit kartlarını pulsuz əldə edə biləcəklər.
Kart almaq üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.
Daha ətraflı məlumatı https://old.atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
+012945
və ya WhatsApp-a yazın+994557770945
.+012945
və ya WhatsApp-a yazın+994557770945
. 15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə