Azər Türk Bankdan plastik kartlar üzrə yeni kampaniya
15.06.2020
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank 15 iyun — Milli Qurtuluş Günü və 26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə yeni kampaniyaya başlayır.
Belə ki, 15 iyun – 31 iyul 2020-ci il tarixləri aralığında davam edəcək kampaniya müddətində debet kartları dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcəkdir.
Bundan əlavə, bayram günləri –15 iyun və 26 iyun tarixlərində kart sahibi olmaq üçün Banka onlayn müraciət edən şəxslərə 3 illik MC Gold debet kartı pulsuz veriləcəkdir.
Kampaniya zamanı kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.
Ətraflı məlumatı 012945 çağrı mərkəzi və ya +994557770945 WhatsApp nömrəsindən əldə edə bilərsiniz.