Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan sahibkarlar üçün güzəştli “CƏMİ 0.5%” Tarif Paketi
Xəbərlər

Azər Türk Bankdan sahibkarlar üçün güzəştli “CƏMİ 0.5%” Tarif Paketi

31.01.2020

Dövlət bankı Azər Türk Bank  kiçik və orta biznes nümayəndələrinə, o cümlədən fərdi sahibkarlara bütün əsas hesablaşma-kassa əməliyyatlarını ödənişsiz qaydada həyata keçirmək imkanı verən yeni Tarif Paketini təklif edir.

Belə ki, hesablarına daxil olan vəsaitlər üzrə cəmi 0,5% komisyon haqqı tutulmaqla, Azər Türk Bankın müştəriləri Tarif Paketi çərçivəsində bütün valyutalarda hesabların açılması və idarə olunması, «Sahibkar Kartı»əmək haqqı kartlarının sifarişi, nağd vəsaitlər ilə əməliyyatlar, nağdsız konvertasiya və bütün növ köçürmə əməliyyatları, arayış və çıxarışların verilməsi pulsuz həyata keçiriləcəkdir. Həmçinin “ATB Business” internet bankçılıq xidmətinə qoşulma və istifadə, eləcə də cari hesab hərəkətləri barədə SMS və e-poçt bildirişlərin göndərilməsi ödənişsiz olacaqdır.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.