25.06.2020 – XƏBƏR YENİLƏNDİ
Azər Türk Bankın Yasamal filialının əməkdaşının profilaktik baxımdan verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi müsbət olsa da, tibbi protokola əsasən ondan təkrar test götürülüb. Təkrar testin nəticəsi neqativ olub. COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb. Hazırda onun vəziyyəti stabildir, xəstəlik simptomları qeydə alınmayıb.
Bununla belə, Azər Türk Bankın Yasamal filialının bütün əməkdaşları müayinəyə cəlb olunmuş, binada dezinfeksiya işləri həyata keçirilmişdir.
Filial yeni tərkibdə fəaliyyətini davam etdirir.
23.06.2020
Azər Türk Bankın Yasamal filialının bir əməkdaşında koronavirusa (Covid-19) yoluxma halı aşkarlanıb. Bununla əlqədar olaraq filialın bütün əməkdaşları müayinəyə cəlb olunmuşlar. Binada dezinfeksiya işləri həyata keçirilir.
Filial 24 iyun tarixindən yeni tərkibdə fəaliyyətini davam etdirəcəkdir.
Hələlik isə filialın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri Azər Türk Bankın Müştəri Xidmətləri Mərkəzinə, fərdi müştərilər isə kredit məsələləri üzrə «Bakı» filialına, digər əməliyyatların yerinə yetirilməsi üçün «Mərkəz» filialına müraciət edə bilərlər.
Həmçinin, qeyd edək ki, bütün filiallarımızda karantin rejimi ilə əlqədar mövcud göstəriş və tövsiyələrə tam əməl olunur, əməkdaşlarımız bir qayda olaraq maska və əlcəklərdən istifadə edir, qaydalara uyğun olaraq mütəmadi şəkildə bədən hərarətinin ölçülməsi yerinə yetirilir.
Müştərilərimiz üçün evdən çıxmadan, Bankımızla onlayn rejimdə işləməkdən ötrü maksimum şərait yaradılmışdır.
Vacib olmadığı hallarda evdən çıxmamaq tövsiyə olunur. Evi tərk etmək məcburiyyəti yarandığı təqdirdə sosial məsafəyə riayiət olunması, maska və əlcəklərdən istifadə mütləqdir. Özünüzü yaxşı hiss etmədikdə, virusa yoluxma əlamətləri şübhəsi yarandığı təqdirdə TƏBİB ilə dərhal əlaqə saxlamağınız lazımdır.
Sağlam olmaq hər birimizin haqqıdır.
Ətraflı məlumatı 012945 çağrı mərkəzi və ya +994557770945 WhatsApp nömrəsindən əldə edə bilərsiniz.
+012945
və ya WhatsApp-a yazın+994557770945
.+012945
və ya WhatsApp-a yazın+994557770945
. 15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə