Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank “Payız kampaniyası”na başladı
Xəbərlər

Azər Türk Bank “Payız kampaniyası”na başladı

09.09.2020

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı  Azər Türk Bank  ödəniş kartları üzrə “Payız kampaniyası”na start verir.

Kampaniya ərzində ölkə üzrə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən, bu istiqamətdə görülən işlərdə əzmkarlıq göstərən müxtəlif dövlət qurumlarının əməkdaşlarına 3 illik MC Debit kartı Bank tərəfindən pulsuz təklif ediləcəkdir.

Bu kampaniyadan səhiyyə işçiləri, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və tabeliklərindəki qurumların əməkdaşları, prokurorluq orqanlarında çalışan şəxslər faydalana biləcəklər.

Bundan əlavə, digər müştərilər kampaniya müddətində bütün debet kartları dəyərinin 50 faizi həcmində əldə edə biləcəklər.

Kampaniya 09 sentyabrdan 31 oktyabr tarixinədək davam edəcəkdir.

Kart almaq üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı  www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.