Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın ekosistemində daha bir yenilik
Xəbərlər

Azər Türk Bankın ekosistemində daha bir yenilik

18.01.2021

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.

Bank son illərdə müştərilərə onlayn xidmətlərin çeşidinin və kanallarının artırılması üçün əhəmiyyətli işlər görür.

Qeyd edək ki, bu yaxınlarda Bakı şəhərində  müştərilərin istifadəsinə verilmiş „Rəqəmsal“ filialı Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilk oldu.

Hazırda Azər Türk Bank özünün filial şəbəkəsinin modernləşdirilməsi işini davam etdirməkdədir. Belə ki, Bankın „Bakı“ filialının bazasında müştərilərə xidmət fəaliyyəti bu konsepsiyaya uyğun olaraq yenidən qurulmaqdadır.

Bankın yeni qurulan elektron ofislərində terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə müştərilərin burada istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait mövcuddur. Həmçinin bütün xidmət və məhsulların, əməliyyatların elektron formatda təklifi  mümkündür.

Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.