Azər Türk Bank öz biznesinə başlamaq üçün aztəminatlı şəxslərə təmənnasız dəstək verəcək
10.05.2020
Azərbaycan Respublikası Prezidenti həssas əhali qruplarının özünüməşğulluq proqramına ölkədə fəaliyyət göstərən bankların da qoşulması üçün çağırış etmişdir. Dövlət bankı Azər Türk Bank bu çağırışla əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma qoşulmuşdur. Bununla da Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilmişdir. Aktivlərin aidiyyəti üzrə əvəzsiz olaraq təminatı həyata keçirilməkdədir.
Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.