Bütün əməliyyatlar – onlayn
20.03.2020
Hörmətli müştərilər!
Novruz bayramınızı təbrik edir və bildiririk ki, 20-29 mart tarixləri Bankımız üçün qeyri-iş günləridir.
Bununla belə nəzərinizə çatdırırıq ki, hüquqi şəxs olan müştərilərimiz “ATB Business” internet-bankçılıq vasitəsilə bütün bank əməliyyatlarını onlayn rejimdə rahat şəkildə həyata keçirə bilərlər. Eləcə də fiziki şəxs olan müştərilərimiz bankın veb-səhifəsinə daxil olub sifarişlərini verə bilərlər.
Ətraflı məlumat üçün: (012) 945 və ya WhatsApp (+994 55) 777 0 945