Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan debet kart sahiblərinə sərfəli təkliflər
Xəbərlər

Azər Türk Bankdan debet kart sahiblərinə sərfəli təkliflər

17.08.2020

Dövlət bankı Azər Türk Bank debet kart sahibi olan müştəriləri üçün yeni sərfəli şərtlər təklif edir.

Belə ki,  Bank milli valyutada olan debet kartların qalığına  illik 3% dərəcəsində faizin gündəlik olaraq hesablanması və hər ay muştərinin həmin  kartına ödənilməsi barədə qərar vermişdir.

Bundan əlavə, Bankın ATM va POS terminalları vasitəsilə Azər Türk Banka məxsus milli valyutada olan debet kartlardan nağdlaşdırma zamanı heç bir komissiya tutulmayacaqdır.

Eləcə də, Bankın milli valyutada olan debet kart sahibləri ölkə ərazisindəki digər bankların ATM və POS terminalları vasitəsilə 500 manatadək vəsaiti komissiya ödəmədən  nağdlaşdırma imkanına malik olacaqlar.

Azər Türk Bankın debet  kartlarını əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək,  yaxud bankın veb-səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.