Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərFırıldaqçılara aldanmayın
Xəbərlər

Fırıldaqçılara aldanmayın

13.03.2023

Hörmətli kart istifadəçiləri!

Fırıldaqçılıq halı ilə üzləşməmək üçün yeni iş yeri ilə təmin olunma, virtual satışdan daha çox gəlir əldə edilməsi və ya yeni qazanc mənbəyi kimi psixoloji manipulyasiyalara aldanıb internet səhifələrdə qeydiyyatdan keçərək şəxsi məlumatlarınızı açıqlamayın və bu internet səhifələr üzərindən xidmətin əldə edilməsi məqsədilə pul vəsaitini tanımadığınız şəxslərin ödəniş kartlarına köçürməyin.

Müəyyən gəlirin əldə edilməsi üçün ödəniş kartlarınızdan bu fırıldaqçılıq sxemində istifadə edilməsinə razı olaraq başqa şəxslərin pul vəsaitlərinin səlahiyyətsiz formada ələ keçirilməsində birbaşa vasitəçi olmayın.

Son zamanlar bu kimi fırıldağçılıq hallarına tez-tez təsadüf edildiyindən mobil telefonunuza yaxud sosial şəbəkələrdəki hesablarınıza daxil olan təklif və çağırışlara qarşılıq verməkdən çəkinməyiniz tövsiyə olunur.  Diqqətli olun , şübhə doğuran, eləcə də sizə tanış olmayan saytlara bank hesabınızı, kart məlumatlarınızı göndərməyin.

Belə  hallarla rastlaşdıqda WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı mərkəzinə müraciət edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.