Gəncədə yeni ATM-lər istifadəyə verildi
02.08.2022
Bank özünün bankomat şəbəkəsini genişləndirməyə davam edir
Bu günlərdə Gəncə şəhərində, Qəmbər Hüseynli küçəsi, 4 və Şah İsmayil Xətai pr. 25 A ünvanlarında Bankın daha 2 ATM qurğusu müştərilərin ixtiyarına verilib.
Hazırda bu şəhərdə Bankın 3 bankomatı və 1 terminalı fəaliyyət göstərir. Xatırladırıq ki, digər qurğular şəhərin M. A. Abbaszadə, 35 ünvandakı “Gəncə” filialımızda yerləşir.