Hesabların saxlanılması üzrə tariflərdə yenilik
19.04.2022
Hörmətli müştərilər!
Diqqətinizə çatdırırıq ki, bank hesabınız üzrə 12 aydan çox olaraq əməliyyat aparılmadığı təqdirdə və hesabınızda qalıq olduqda hesabın əməliyyat sistemində saxlanılması üçün tariflər 2 AZN/USD/EUR/GBP-dək, digər valyutalarda 2 USD-dək ekvivalentdə müəyyən edilmişdir.
Hesab üzrə aylıq dövriyyə minimum 1 AZN/USD/EUR/GBP, illik dövriyyə minimum 12 AZN/USD/EUR/GBP, digər valyutalarda aylıq dövriyyə minimum 1 USD, illik dövriyyə minimum 12 USD ekvivalentindən az olduqda müvafiq hesab Bank tərəfindən birtərəfli qaydada bağlanıla bilər
Tariflər 25 aprel tarixindən qüvvəyə minir