Diqqətinizə çatdırırıq ki, bank hesabınızda olan pul vəsaitindən səlahiyyətsiz formada istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartının məlumatlarını digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə verməyin.
Ödəyəcəyiniz məbləğ müqabilində pul vəsaiti qazanacağınızı vəd edən sosial şəbəkələrdə yayılmış piramida tipli dələduzluq sxemləri mövcuddur. Bu sxemlərə qoşulmamaq və tanımadığınız şəxslərin ödəniş kartına pul vəsaiti köçürməmək tövsiyə olunur.
Heç bir halda ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə, ödəniş kartının son bitmə tarixi, arxasında yerləşən CVV (3 rəqəmli) kod, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə təqdim etməyin. Bu halda itirilmiş vəsaitin geri qaytarılması mümkün olmayacaqdır. Bildiririk ki, bank tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart sahiblərinə müraciətlər edilmir.
Qeyd edilən hallarla qarşılaşdığınız zaman dərhal ödəniş kartının üzərində olan telefon nömrələri ilə əlaqə saxlayın.
Məxfiliyin qorunması və əməliyyatların təhlükəsizliyini şərtləndirən qaydalarla burada daha ətraflı tanış ola bilərsiniz.
+012945
və ya WhatsApp-a yazın+994557770945
.+012945
və ya WhatsApp-a yazın+994557770945
. 15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə