Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlər“Kartla ödə, kartla qazan” – stimullaşdırıcı lotereya
Xəbərlər

“Kartla ödə, kartla qazan” – stimullaşdırıcı lotereya

03.11.2020

Rəqəmsal ödənişlərin stimullaşdırılması, iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədi ilə AR Mərkəzi Bankı tərəfindən 01-30 noyabr  tarixləri arası “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçirilir.

Azərbaycan banklarına aid bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər.

Lotereyanın uduş fondu 11 dekabr 2020-ci il tarixində oynanılacaqdır. Ümumilikdə 900 nəfərin qalib olacağı lotereyanın uduş məbləği – 100 (yüz) manat həcmində vəsait kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə müştərilər kart hesabına xidmət edən bank tərəfindən məlumatlandırılacaqlar.

Daha ətraflı məlumatı bu ünvanda əldə edə bilərsiniz: https://www.cbar.az/page-465/pay-by-card-win-by-card-2020

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.