Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan müştərilərinə növbəti dəstək
Xəbərlər

Azər Türk Bankdan müştərilərinə növbəti dəstək

15.04.2020

Dövlət bankı Azər Türk Bank mövcud vəziyyətlə əlaqədar həyata keçirilən #evdəqal kampaniyasına dəstək verməklə, müştərilərinin mənafeyi naminə növbəti güzəştlər etmişdir.

Belə ki, Bank mart, aprel və may aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətinin cari ilin 1 iyul tarixinədək uzadılmasını təmin etmişdir. Bunun üçün kart sahiblərinin Banka gəlməsinə, ödəniş etməsinə ehtiyac yoxdur. Kartların müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılmışdır. Həmin kartlarla müştərilərimiz istər ölkə daxilində, istərsə də xaricdə  bütün  əməliyyatları yerinə yetirə bilərlər.

Bundan başqa, Azər Türk Bank müştərisi olan bütün sahibkarlıq subyektlərinə dəstək məqsədi ilə onların POS-terminallar üzrə minimal aylıq komissiya ödənişlərindən iki ay müddətinə azad olunması  barədə qərar vermişdir.

Ətraflı məlumatı günün istənilən vaxtı 012945 və ya 055 7770 945 (Whatsapp) nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.