Bizə qoşulun:
RU

Overdraft

Overdraft“həddindən artıq xərcləmə” və ya “mövcud büdcədən artıq xərc” deməkdir

Belə ki, texniki problem və ya nasazlıqlar səbəbindən kart hesabınızdakı mövcud məbləğdən daha çox xərcləyə bilərsiniz

Məsələn, konvertasiya zamanı məzənnənin ani dəyişməsi, əməliyyat üçün gözlənilməz komissiyanın tutulması və ya kartın xidməti üzrə vaxtında silinməmiş xərclər ilə əlaqədar ola bilər. Bu hal uçuş zamanı da baş verə bilər. Belə ki, təyyarədə POS-terminal vasitəsilə kart balansınızda olan məbləğdən artıq ödəniş edərkən hesabınız mənfiyə keçərək overdraft borcu öhdəliyi yarana bilər

Belə hallar baş verdikdə bank sizə SMS vasitəsilə yaranmış borc haqqında bildiriş göndərir və borcun ödəməsi ilə bağlı güzəşt müddəti təqdim edir. Əgər güzəşt müddəti ərzində yaranan borcu ödəyirsinizsə, sizdən heç bir faiz tutulmur

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.