Əsas səhifəbrandsAnadolu Restaurant & Catering

keşbek 5 %

Restoran və kafe

Keşbek necə əldə edim?

1

atb360 tətbiqini smartfonunuza yükləyin və quraşdırın

2

Tətbiq daxilində sifariş edərək kartı əldə edin

3

Kartla ödəyin və 3%-dək keşbek qazanın

4

Partnyorlarımızdan 30%-dək keşbek əldə edin

Brend haqqında

ANADOLU restoranlar şəbəkəsi – şəhərin yerli sakinlərinin və paytaxtın qonaqlarının toplaşdığı bir sıra yerdir ki, burada onlar nəfis, dadlı və sağlam qidanı dada, şərq və Avropa mətbəxinin ən yaxşı yeməkləri ilə tanış ola bilərlər. Qonaqlarına ləzzətli yeməklər təqdim edən yerdən başqa, ANADOLU həm də KLUB anlayışı ilə də assosiasiya olunur, burada işgüzar tərəfdaşlar və dostlar görüşür.

ANADOLU restoranlarında ölkənin həm işgüzar həyatının nümayəndələrinə, həm də məşhur artist, ictimai xadim, incəsənət nümayəndələrinə də rast gəlmək olar. Bunlar hamısı incəliklə hazırlanmış və həyata keçirilmiş “ANADOLU – AZƏRBAYCAN ÜÇÜN” adlı proqramın yerinə yetirilməsi sayəsində mümkündür, bu proqrama həm geniş xeyriyyə fəaliyyəti, həm də çoxsaylı mesenat aksiyalar daxildir, bunların hamısının nəticəsində müasir Azərbaycan cəmiyyətinin əksər istedadlı nümayəndələri ANADOLU markasını çətin anda kömək göstərə bilən dostu hesab edir.

Qüsursuz işləyən “KEYTERİNQ” sistemi (yeməklərin ev və iş yerlərinə çatdırılması) ANADOLUya məşhur restoran olmaq imkanı verdi.  Azərbaycanda yeməklərin internet vasitəsilə sifariş verilərək çatdırılması sistemi ilk dəfə olaraq burada hazırlanmış və istifadəyə verilmişdir, bunun nəticəsində ümumdünya məlumat şəbəkəsinin istifadəçiləri də işlərindən ayrılmadan ANADOLUDAN keyfiyyətli və dadlı yemək ala bilərlər.

Keşbek - 5%

Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.