Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlər1 may tarixindən korporativ müştərilər üçün fiziki xidmət tarifləri dəyişəcəkdir
Xəbərlər

1 may tarixindən korporativ müştərilər üçün fiziki xidmət tarifləri dəyişəcəkdir

24.04.2020

Hörmətli müştərilər!

Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaşlarımızın sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində filial və şöbələrimiz vasitəsilə bank-müştəri münasibətlərinin minimallaşdırılması və ikitərəfli iş prosesinin asanlaşdırılması məqsədilə, Bankımız 1 may tarixindən etibarən hüquqi şəxs və fərdi sahibkarlar üçün, banka gələrək apardıqları bir sıra əməliyyatlar üzrə xidmət tarifləri dəyişəcəkdir. Tariflərlə burada tanış ola bilərsiniz.

Beləliklə, Bankımızın korporativ müştərilərinə «ATB Business» korporativ internet bankçılığa qoşularaq, bütün əməliyyatları 24/7 aşağı tariflərlə, təhlükəsiz və rahatlıqla həyata keçirməklərini tövsiyə edirik.

İnternet bankçılıq müştərilərimizə apardıqları əməliyyatlar üzrə bonuslar qazanmaq, daha sonra onları komissiya haqlarının ödənilməsində istifadə etmək imkanı yaradır.

Eləcə də, 31 may tarixinədək internet bankçılığa qoşulan müştərilərdən ilk 7 gün ərzində bu platforma üzərindən apardıqları əməliyyatlar ​üzrə heç bir KOMİSSİYA TUTULMAYACAQ.

Müasir internet bankçılığa qoşulmaq və üstünlükləri haqqında ətraflı məlumatı burada əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.