Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlər190 AZN birdəfəlik ödəmə
Xəbərlər

190 AZN birdəfəlik ödəmə

01.05.2020

Hörmətli müştərilər,

Nəzərinizə çatdırmaq istəyirik ki, bankımız tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərə 190 AZN birdəfəlik ödəmənin əldə edilməsi üçün pulsuz ödəniş kartları təqdim ediləcəkdir.

Ödəniş kartlarının təqdim edilməsi 1-15 may tarixlərində həftəiçi 09:30-dan 19:00-dək, şənbə, bazar və bayram günləri 10:00-dan 17:00-dək növbəti filial və şöbələrdə fasiləsiz qaydada həyata keçiriləcək:

Kartınız hazır olduqda, bank tərəfindən Sizə kartı təhvil alacağınız tarix və filial haqqında SMS bildiriş və ya zəng vasitəsilə məlumat veriləcəkdir.

Qeyd etmək istəyirik ki, digər müştərilərə 10:00-dan 16:00-dək xidmət göstəriləcək. Bankın iş rejimi ilə buradan tanış ola bilərsiniz.

Banka gələrkən tibbi maska və əlcək geyinməyinizi, növbədə durarkən digər şəxslərlə məsafə saxlamağınızı xahiş edirik.

Daha ətraflı məlumatı günün istənilən vaxtı 012945 çağrı mərkəzi və ya 055 7770 945 (WhatsApp) nömrəsindən əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.