Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank AÇIQ TENDER ELAN EDİR
Xəbərlər

Azər Türk Bank AÇIQ TENDER ELAN EDİR

10.08.2020

Azər Türk Bank Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2020-ci ilin illik konsolidasiya edilmiş maliyyə hesabatlarının audit edilməsi xidmətlərinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə müvafiq sahədə təcrübəyə və təcrübəli mütəxəssislərə malik texniki və maliyyə imkanları, idarəetmə səriştəsi, peşəkarlığı və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək üçün 200 (iki yüz) manat məbləğində iştirak haqqı ödənilməlidir.

İştirak haqqı aşağıdakı bank rekvizitləri üzrə həyata keçirilməlidir:

  • Bankın adı: “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
  • VÖEN: 9900006111
  • KOD: 507699
  • M/h: AZ02NABZ01350100000000022944
  • H/h: AZ15AZRT45270019440000001999
  • SWIFT: AZRTAZ22

Tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küç 85/192-193 (АZ 1078) ünvanında yerləşən Bankın baş ofisinindən əldə etmək  olar.

Tender üzrə təkliflər ikiqat zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa yalnız imzalanmış) 24.08.2020 -ci il saat 16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu C.Məmmədquluzadə küç 85/192-193 (АZ 1078) ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Əlaqələndirici şəxs:
Elmira Musayeva
Telefon: (012) 404-14-54, (012) 945 (daxili nömrə 2508)

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.