Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
16.08.2022
Dövlət bankı Azər Türk Bankın kart sahibi olan müştəriləri Apple Pay vasitəsilə ödəmələri daha rahat edə biləcəklər. Apple Pay – ticarət, xidmət müəssisələrində, tətbiqlərdə və saytlarda iPhone, Apple Watch, iPad, Mac vasitəsilə edilən sürətli və təhlükəsiz ödəniş üsuludur.
Hər bir əməliyyatın təhlükəsizliyi Apple-in innovativ texnologiyaları ilə təmin olunur.
Apple Pay-dən istifadə etməklə NFC texnologiyasını dəstəkləyən POS-terminallar və ATM-lər vasitəsilə kontaktsız əməliyyatları yerinə yetirmək mümkündür.
Apple Pay-ə necə qoşulmaq olar?
Kart seçin:
atb360 mobil tətbiqində Apple Pay sisteminə əlavə edəcəyiniz kartı seçin.
Apple Pay-ə əlavə edin:
“Apple Wallet-a əlavə etmək” düyməsinə toxunun.
Cihazı seçin:
Apple Pay-i aktivləşdirmək istədiyiniz cihazı seçin.
Təsdiqləyin:
İstifadə şərtləri ilə tanış olduğunuzu və qəbul etdiyinizi təsdiqləyin.
Qeyd edək ki, bir Apple cihazında Apple Wallet-ə bir neçə atb kart əlavə edə bilərsiniz. Əsas kart əlavə edilən ilk kart olacaq. Cihazın parametrlərində əsas kartı istənilən vaxt digəri ilə əvəz etmək mümkündür.