Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın biznes kartları sahibkar üçün sərfəlidir
Xəbərlər

Azər Türk Bankın biznes kartları sahibkar üçün sərfəlidir

09.03.2023

Dövlət bankı Azər Türk Bankla əməkdaşlığa başlayan hüquqi şəxs və fərdi sahibkarlar ilk addımdan əhəmiyyətli üstünlüklər əldə etmiş olurlar.

Belə ki, Azər Türk Bankın müştərisi olmaq üçün Banka onlayn qaydada müraciət edən biznes nümayəndələri heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq imkanına malikdirlər. Biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxslər və əməkdaşlar tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan biznes kartları Bank tərəfindən bu müştəriyə hədiyyə edilir.

Biznes kartlarından istifadə şirkət əməkdaşlarına şirkətin fəaliyyəti ilə bağlı xərcləri öz xərclərindən ayırmaq üçün imkan yaradır. Rəhbərlik xərcləri daha asan şəkildə izləyə bilir. Eləcə də ölkədən kənara ezamiyyətlər zamanı gömrük məntəqəsində kartda olan vəsaitin bəyannamədə göstərilməsinə ehtiyac qalmır. Xarici ölkələrdə pul vəsaitinin saxlanılması, onun qorunması, digər valyutalara çevrilməsi problemi olmur.

Bundan əlavə müştəri atb360 mobil əlavəsinə, “ATB Business” korporativ internet-bankçılıq sisteminə ödənişsiz qoşula bilir və güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olur.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.