Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank sahibkarlğın inkişafına dəstəyini davam etdirir
Xəbərlər

Azər Türk Bank sahibkarlğın inkişafına dəstəyini davam etdirir

15.11.2022

Dövlət bankı Azər Türk Bank iqtisadiyyatın müхtəlif sektorlarında fəaliyyət göstərən hüquqi şəхslərə və fərdi sahibkarlara bizneslərində vəsait likvidliyinin dəstəklənməsi, dövriyyə vəsaitlərinin artırılması üçün əlverişli şərtlərlə AZN və USD valyutalarında “Biznes kredit xətti” məhsulunu təklif etməkdədir.

Biznes ehtiyaclarından irəli gələn qısamüddətli maliyyələşmə tələblərini qarşılayacaq, kreditin təyin olunmuş limit və müddət çərçivəsində tam və ya hissə-hissə ayrılmasını, ödənilməsini və yenidən istifadə olunmasını nəzərdə tutan bu kredit xəttinin illik faiz dərəcəsi müştəri ilə birgə müəyyən olunur.

Belə ki, müştərinin bankla əməkdaşlıq səviyyəsi, o cümlədən, hesabları üzrə apardığı əməliyyat növləri və həcmi, kredit üzrə təklif olunan təminat və digər hallar əsas götürülərək standart kredit faiz dərəcəsinə əhəmiyyətli endirimlər tətbiq edilir.

Üç illik müddətədək açılan bu kredit xəttindən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz formada həm biznes, həmdə əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəri sırasına qatıla bilərlər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.