Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan sahibkarlar üçün sərfəli “Business CashBack” proqramı
Xəbərlər

Azər Türk Bankdan sahibkarlar üçün sərfəli “Business CashBack” proqramı

17.03.2021

Azər Türk Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri bank əməliyyatlarını “ATB Business” internet-bankçılıq xidməti vasitəsilə 24/7 onlayn rejimdə yerinə yetirmək imkanına malikdirlər.

“ATB Business” xidmətinin bir sıra üstünlükləri vardır ki, bunlardan biri də “Business CashBack” loyallıq proqramıdır.

Bu proqram müştərilərə apardıqları əməliyyatlara görə ödənilmiş xidmət haqqı müqabilində bonuslar qazanmaq imkanı verir. On manat və daha çox həcmə bərabər toplanmış bonuslar müştərinin hesabına məbləğ olaraq köçürülür. Bonuslardan komissiya haqlarının ödənişi üçün də istifadə edilə bilər. Toplanmış məbləğin istənilən vaxt nağdlaşdırılması mümkündür.

Qeyd edək ki, bu günə kimi Bankın müştəriləri CashBack olaraq 130,000 manatdan artıq vəsait əldə etmişlər.

Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyənlər Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.