Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın “atb business” İnternet bankçılıq xidmətində yeniliklər
Xəbərlər

Azər Türk Bankın “atb business” İnternet bankçılıq xidmətində yeniliklər

19.10.2022

Dövlət Bankı Azər Türk Bank xidmətlərin keyfiyyətinin artırılması və müştərilərin bank xidmətlərindən istifadəsinin asanlaşdırılması məqsədilə daim yeniliklər və təkmilləşdirmələr həyata keçirməkdədir.

Bu sıradan Bankın “atb business” internet bankçılıq xidməti üzrə daha bir neçə yenilik müştərilərin istifadəsinə verilmişdir.

Belə ki, hazırda müştəri İnternet bankçılıq xidmətində hesabı ilə bağlı daha ətraflı məlumat əldə edə biləcəkdir. atb business-in “Ətraflı məlumat” xanasına daxil olmaqla istifadəçi kartın şifrələnmiş nömrəsini, kartın bitmə tarixini, kartın statusunu, mövcud balansı, kart sahibinin ad və soyadını görə biləcəkdir.

Eyni zamanda digər əməliyyatları, o cümlədən kartın bloklanması, yaxud blokdan çıxarılması, kartın şifrəsi 3 dəfə yanlış yığılıbsa, PİN kodun sıfırlanmasını həyata keçirmək mümkündür.

Digər yenilik hesaba qoyulan sərəncamlarla bağlıdır.  Bu sahədə yenilik ondan ibarətdir ki, müştəri İnternet bankçılıq xidmətinə qoşularaq, Mülki Məcəllənin 965-ci maddəsində göstərilən hallar nəzərə alınmaqla, hesabında sərəncam olmasına baxmayaraq, “Köçürmələr” menyusu vasitəsilə ölkədaxili, bankdaxili, büdcə köçürmələri və “Əmək haqqı” menyusu vasitəsilə əmək haqqı ödənişləri edə biləcəkdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.